Bir neçə gün öncə İngiltərə Mərkəzi Bankı (Bank of England-red.) əsas faiz dərəcələrini 5.25%-ə yüksəltmişdi.
BBN.az Bankın rəsmi LinkedIn səhifəsinə istinadən xəbər verir ki, bankın sədri Andrew Bailey bildirib ki, inflyasiyanın hədəf səviyyəyə çatacağına əmin olmaq üçün əsas faiz dərəcəsini yüksəldiblər: “Qiymətlər gördüyümüzdən daha asta templə yuxarı qalxır. Qiymətlər yüksələcək, ancaq bu enəcək. Bu isə yaxşı xəbərdir. Yüksək inflyasiya iqtisadiyyat üçün pisdir. Hədəfimiz inflyasiyanı 2-də saxlamaqdır. İqtisadiyyatın inkişaf trayektoriyasından asılı olaraq əsas faiz dərəcəsini yenidən yüksəldə bilərik”, – deyə Sədr bildirib.
Həmçinin sədr əsas faiz dərəcələrini yenidən yüksəldəcəklərindən əmin olmadıqlarını qeyd edib: “Nə baş verirsə, versin inflyasiyanı aşağı salmaq üçün labüd olan hər şeyi edəcəyik. Bu isə yaxın illərdə iqtisadi inkişafı və fəallığı artıracaq”.
Qeyd edək ki, iyunda İngiltərədə illik inflyasiya 6.4% olub, bu isə may ayındakı 6.5%-dən enib. Bu isə 1991-ci ildən bəri ən yüksək rəqəmdir və elə həmin zaman da inflyasiya 6.5% olmuşdur. Yuxarıda da qeyd etdiyimiz kimi İngiltərə Mərkəzi Bankının hədəfi inflyasiyanı 2%-də saxlamaqdır.