Home » İngiltərənin Mərkəzi Bankının faiz dərəcələrini böyük ölçüdə atırması gözlənilir – 27 ildə ilk dəfə

İngiltərənin Mərkəzi Bankının faiz dərəcələrini böyük ölçüdə atırması gözlənilir – 27 ildə ilk dəfə

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

Dünyanın müxtəlif ölkələrində Mərkəzi Banklar inflyasiyanın yüksəlməsi ilə mübarizə aparırlar. 

Təşviqdən daha sərt pula doğru tarixi keçid.

Bu həftə “Bank of England” (İngiltərənin Mərkəzi Bankı-red.) gözlənilir ki, faiz dərəclərini 27 ildə ilk dəfə böyük ölçüdə artırsın.

BBN.az Bloomberg.com-a istinadən xəbər verir ki, bu cür tədbirlər son 40 ilin ən pis inflyasiyasının qarşısını almaq üçün pul siyasətinin tarixi sərtləşdirilməsini sürətləndiəcək. 

Bankın rəhbəri Andrew Bailey və onun həmkarları xəbərdarlıq edirlər ki, bu il qiymətlər 11%-ə yüksələ bilər, bu isə 2%-lik hədəfdən olduqca yüksəkdir. Böyük Britaniyanın Mərkəzi Bankı rəhbərləri həmkarlarından geri qalmaqdan narahatdır, xüsusilə burada söhbət ABŞ-ın Federal Ehtiyatlar Sisteminin son iki iclasında faiz dərəcələrini ümumilikdə 1.5% artırmasından gedir. 

Həmçinin, ekspertlər deyirlər ki, “Bank of England”ın gözlənilən faiz artımı qərarı 2022-ci ildə dollar qarşısında 10% itirən funt-sterlinqin dəyərini dəstəkləyəcək.

Londonda yerləşən HSBC Bank-ın baş iqtisadçısı Liz Martins bildirib ki, “inflyasiya mənzərəsi əhəmiyyətli dərəcədə pisləşdi. Bank rəhbərinin mesajından belə nəticəyə gəlmək olar ki, 50 baza bəndi artım artıq masadadır. Bu isə bizə güclənməyə hazır olduqlarını göstərir”, – deyib. 

Qeyd edək ki, sonuncu dəfə “Bank of England” faiz dərəcələrini 1995-ci ildə, yəni 27 il əvvəl 50 baza bəndi artırmışdı.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.