Enerji qiymətlərindəki son yüksəliş inflyasiya gözləntilərinin artmasına səbəb olsa da, İngiltərədə isə vəziyyət proqnozlardan fərqli olub.
BBN.az xəbər verir ki, avqustda ölkədə illik inflyasiyanın 6,7 faiz olduğu bildirilib. Bloomberg sorğusunda iştirak edən iqtisadçılar illik inflyasiyanın 7 faiz olacağını gözləyirdilər. Lakin iyulda ölkədə inflyasiya 6,8 faiz olub. Aylıq hesablamada reallaşma gözləntilərdən xeyli aşağı olduğu qeyd olunub.
Böyük Britaniyada illik baza inflyasiyası 6,2 faiz təşkil edib. Bloomberg sorğusunda baza inflyasiyanın 6,8 faiz olacağı gözlənilirdi. İyulda illik baza inflyasiyanın isə 6,9 faiz təşkil edildiyi qeydə alınıb.