Home » “İnkassasiya xidmətlərinin təkmilləşdirilməsi daim nəzarət altında olmalıdır”

“İnkassasiya xidmətlərinin təkmilləşdirilməsi daim nəzarət altında olmalıdır”

by bbnadm
0 rəy 1 baxış 1 dəqiqə oxuma

“Banklarda inkassasiya xidmətlərinin təkmilləşdirilməsi ilə bağlı olaraq onların təhlükəsizlik xidmətlərinin nümayəndələri ilə mütəmadi olaraq görüşlər təşkil edilir. Bu əməliyyat riskləridir, ona görə də qeyd edilən məsələ daim nəzarət altında olmalıdır”.

Bu haqda bu gün, mayın 3-də təşkil edilən mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov BBN.az-ın sualını cavablandıran zaman deyib.

“Hər zaman bu istiqamət, xüsusilə insan həyatına risk yarada bilən proseslər daim rəhbərlər səviyyəsində nəzərdən keçirilməlidir və təkmilləşdirilməlidir. Sözsüz ki, bu sahədə də işlər davam etdiriləcək”.

“Təəssüflər olsun ki, Unibank ilə əlaqədar olaraq məlum hadisə baş vermişdir”, – deyə Taleh Kazımov sualı cavablandıran zaman qeyd edib. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.