“Banklarda inkassasiya xidmətlərinin təkmilləşdirilməsi ilə bağlı olaraq onların təhlükəsizlik xidmətlərinin nümayəndələri ilə mütəmadi olaraq görüşlər təşkil edilir. Bu əməliyyat riskləridir, ona görə də qeyd edilən məsələ daim nəzarət altında olmalıdır”.
Bu haqda bu gün, mayın 3-də təşkil edilən mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov BBN.az-ın sualını cavablandıran zaman deyib.
“Hər zaman bu istiqamət, xüsusilə insan həyatına risk yarada bilən proseslər daim rəhbərlər səviyyəsində nəzərdən keçirilməlidir və təkmilləşdirilməlidir. Sözsüz ki, bu sahədə də işlər davam etdiriləcək”.
“Təəssüflər olsun ki, Unibank ilə əlaqədar olaraq məlum hadisə baş vermişdir”, – deyə Taleh Kazımov sualı cavablandıran zaman qeyd edib.