Home » İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində yeni təyinat olub

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində yeni təyinat olub

by anar
0 comments 7 views 1 minutes read

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində Data idarəolunması departamentinə yeni direktor təyin edilib. Sözügedən vəzifəyə 2023-cü ilin iyun ayından Kamran Ağayev rəhbərlik edir.

Kamran Ağayev İRİA ilə yanaşı, “Azercell” şirkətində Data idarəolunması şöbəsinin və ADNSU-da fəaliyyət göstərən “Big Data və Analitika Mərkəzi”nin rəhbəri vəzifələrini davam etdirəcək.

K.Ağayev 20 ildən çoxdur ki, verilənlər bazası administratoru ixtisası üzrə çalışır və “Oracle” sahəsində bir sıra professional, ekspert və master sertifikatlarına sahibdir. ABŞ-də “Oracle verilənlər bazasında məlumatların nüsxəsinin alınması və bərpa yolları” və “Oracle Certified Master” adlı 2 kitabı nəşr olunub.

O, fəaliyyəti ərzində  dünyanın müxtəlif ölkələrində (ABŞ, Yaponiya, Çin, Tailand, Cənubi Koreya, Avstraliya, Hindistan, Argentina, Uruqvay, Panama, Kosta-Rika, Meksika, Qvatemala və bir sıra Avropa ölkələri) beynəlxalq konfransda çıxışlar edib, “Oracle” şirkəti tərəfindən dünyada sayı 120-dən az olan “Oracle ACE Director” mükafatına layiq görülüb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.