Home » İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə “digital.leadership” proqramının növbəti görüşü baş tutub

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə “digital.leadership” proqramının növbəti görüşü baş tutub

by Aytac
0 rəy 5 baxış 2 dəqiqə oxuma

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə  “digital.leadership” proqramının növbəti görüşü baş tutub. İRİA-nın sədr müavini Rəşad Xalıqov tədbiri giriş sözü ilə açıb. Görüşün mahiyyəti haqqında danışarkən Agentlik rəsmisi ölkədə rəqəmsal transformasiyanın əlaqələndirilməsi və rəqəmsal gələcəyin qurulması işinin daha səmərəli təşkili baxımından bu görüşlərin müstəsna əhəmiyyətini vurğulayıb.

“Azərbaycan indiyə qədər rəqəmsal hökumət quruculuğunda mühüm irəliləyişlər əldə edib. Bu görüşləri keçirməkdə məqsədimiz rəqəmsal transformasiya kontekstində yaxın gələcək üçün yeni perspektivləri dəyərləndirmək və üzləşə biləcəyimiz çağırışlarla bağlı adekvat həllərin tətbiqi istiqamətində ortaq fəaliyyət strategiyasını müəyyənləşdirməkdir”, – deyə İRİA-nın sədr müşaviri Şahin Əliyev “digital.leadership” çərçivəsində baş tutan görüşlər haqqında fikrini paylaşıb.

Tədbirdə, həmçinin İRİA-nın Data İdarəolunması departamentinin müdiri Kamran Ağayev “Data əsaslı idarəetmə” mövzusunda təqdimatla çıxış edib. Çıxışı zamanı o, dövlət sektorunda verilənlər bazasının təkmilləşdirilməsi və data əsaslı qərar vermə mexanizmlərinə keçid zamanı diqqət edilməsi vacib olan məqamlara toxunub. O, İRİA-nın açıq məlumatlar bazasının yaradılması istiqamətində gördüyü işlərdən bəhs edib və digər qurumlarla bu sahədə əməkdaşlığın prioritet olduğuna diqqət çəkib.

Tədbirin ikinci günündə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Rəqəmsal həllərin keyfiyyətinə nəzarət şöbəsinin aparıcı mütəxəssisi İlham Salmanov rəqəmsal hökumət həllərində qiymətləndirmə və monitorinqə dair təqdimatla çıxış edib. Öz çıxışda o, müvafiq dövlət orqanlarının texnoloji avadanlıq və proqram təminatı standartlarına uyğunluğunu qiymətləndirmə və monitorinq proseslərini əhatə edib. O xüsusilə vurğulayıb ki, qiymətləndirmə və monitorinqin məqsədi dövlət informasiya sistemlərinin və ehtiyatlarının, həmçinin elektron xidmətlərin təşkili və göstərilməsi üçün istifadə edilən avadanlıq və texnologiyanın tələblərə uyğunluğunun yoxlanılması və təmin edilməsidir.

2 gün davam edən tədbirdə biznes təlimçi Fərhad Pərvizinin rəhbərliyində interaktiv müzakirə sessiyaları baş tutub. Müzakirələr zamanı müxtəlif dövlət qurumlarının nümayəndələri Azərbaycanın rəqəmsal gələcəyinə dair geniş fikir mübadiləsi aparıblar. İştirakçıların rəyləri əsasında rəqəmsal transformasiyanın inkişafı, əlaqələndirilməsi, inteqrasiyası və digər müvafiq məsələləri əhatə edən yol xəritəsi razılaşdırılıb.

Qeyd edək ki, “digital.leadership” Proqramının sayca ikinci görüşündə 45 dövlət qurumunu təmsil edən 65 nümayəndə iştirak edib. Silsilə görüşlər rəqəmsal hökumətə sürətli keçidin təmin edilməsi, rəqəmsal hökumət və rəqəmsal innovasiyalar sahəsində beynəlxalq rəqabətliliyin artırılması, rəqəmsal hökumətin inkişafı və təşviqi üzrə dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, habelə dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində vahid koordinasiya üzrə təklif və rəylərin müzakirəsi məqsədilə keçirilir.

 

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.