Home » Instagram 405 milyon avro cərimə olundu

Instagram 405 milyon avro cərimə olundu

by bbnadm
0 rəy 1 baxış 1 dəqiqə oxuma

İrlandiya tənzimləyiciləri Instagram sosial şəbəkəsini uşaqların data-larının gizliliyi ilə bağlı qaydaları pozduğuna görə 405 milyon avro cərimə edib.

BBN.az Amerikanın ABC News TV proqramına istinadən xəbər verir ki, uzun müddət davam edən problem uşaqların sosial şəbəkədəki data-larının– xüsusilə mobil nömrə və e-mail ünvanlarının yayılmasına görədir. 

Instagram-ın sahibi Meta şirkətindən isə deyiblər ki, onlar qərara qarşıdırlar və leqal yollar (apellyasiya məhkəməsi-nə müraciət etməyi planlaşdırırlar-red.) ilə problemi həll etməyi planlaşdırırlar: “Tənzimləyici bir il öncə yenilədiyimiz məsələ ilə bağlı qərar qəbul edib, biz yeniyetmələrin təhlükəsizliyi və informasiyalarının şəxsiliyi üçün yeni alətlər hazırlamışıq. 18 yaşından aşağı olan şəxslərin hesabları avtomatik olaraq şəxsiləşir. Yalnız onların bildiyi insanlar nə paylaşdıqlarını görə bilərlər, onları izləməyən yetkin şəxslər isə mesaj göndərə bilməzlər. Biz dəqiq bilmirik ki, cərimənin miqdarı necə hesablanıb, amma qalan qərarı çox diqqətlə izləyəcəyik”, – deyə Meta şirkətindən bildirilib.

Bu, Instagram-ın ölkənin tənzimləyicisi tərəfindən cərimə olunduğu 3-cü belə haldır. 

İrlandiyanın Data-ların Mühafizəsi üzrə Komissiyasından isə deyiblər ki, “cümə günü sonuncu qərarımızı elan etdik və 405 milyon avro, yaxud 349 milyon funt sterlinq cərimə nəzərdə tutulub”. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.