0
2024-ci ilin oktyabr ayında Azərbaycanın ən çox istifadə edilən sosial şəbəkə 38,68 faiz payla “Instagram” olub.
BBN.az xəbər verir ki, bu barədə “Global Stats” statistika mərkəzinin məlumatında qeyd edilib.
İkinci yerdə 20,47 faiz göstərici ilə “Facebook”, üçüncü yerdə isə 19,36 faiz göstərici ilə “Pinterest” qərarlaşıb.
“Youtube” istifadəçilərinin fəallığı ötən ay 11,06 faizə bərabər olub.
“X”ın payı 5,51 faiz, “Reddit” 2,08 faiz, “LinkedIn” sosial şəbəkəsinin payı isə 1,76 faiz təşkil edib.