Home » “Intel” 36 milyard dollarlıq layihəyə imza atıb

“Intel” 36 milyard dollarlıq layihəyə imza atıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Koronavirus pandemiyasının dünya iqtisadiyyatında özünü ən çox biruzə verdiyi sahələrdən biri də yarımkeçiricilərdir. Yarımkeçiricilərin istehsalında axsamalar nəticəsində yaranan qıtlıq səbəbindən bir çox beynəlxalq elektronika istehsalçıları tələbi qarşılaya bilmirlər. Ötən il smartfon satışlarında 7%-lik gerilməyə gətirib çıxaran bu tendensiya “Ford”, “Volkswagen” kimi bir sıra nəhəng avtomobil istehsalçılarının da istehsal həcmini azaltmasına səbəb olub.

ABŞ mərkəzli texnologiya nəhəngi “Intel” sözügedən problemin aradan qaldırılması üçün yeni irihəcmli layihəyə start verib. Təqribi 36 milyard dollar (33 milyard avro) məbləğində dəyərləndirilən layihəyə görə, “Intel” Avropa Birliyinə daxil olan ölkələrdə yarımkeçirici zavodları tikməyə başlayacaq.

Layihənin ilkin mərhələsində Almaniyanın Magdeburg şəhərində iki irihəcmli çip zavodu inşa ediləcək. 2027-ci ildə istehsal prosesinə başlanılması proqnozlaşdırılan zavodun inşası 2023-cü ildə başlanılacaq. Ümumilikdə, 17 milyard avro məbləğində dəyərləndirilən iki zavod inşaat mərhələsində 7 min, istehsal prosesi müddətində isə 3 min şəxsi iş ilə təmin edə biləcək.

“Intel” şirkəti növbəti on il ərzində Avropa qitəsində çip istehsalı prosesinə 87 milyard dollar investisiya edəcəyini açıqlayıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.