Home » Intel Dow-un ən böyük uduzanıdır

Intel Dow-un ən böyük uduzanıdır

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Yarımkeçiricilər hər şeydir. Bizim telefon, laptop, televizorlarımız, hətta avtomobillərimiz ondan təşkil edilib. Gözlənilən qlobal iqtisadi tənəzzül, son 2 ildə pandemiyadan qaynaqlanan, Asiyada bir çox şirkətlərin qapanmasından dolayı təchizat qıtlığı TOP çip şirkətlərinə zərbə vurur. 

BBN.az CNN Business-ə istinadən xəbər verir ki, 2022-ci ildə Intel-in səhmləri (INTC) 45% enib, bu isə onu Dow-un (ABŞ-da 30 ən məşhur şirkətin yer aldığı stok market-red.) ən böyük uduzanı edir.

Düzünə qalsa, Intel çətinlik ilə üzləşən yeganə çip istehsal edən şirkət deyil. Bazarın digər rəqibləri Nvidia (NVDA) və AMD (AMD) hər ikisinin səhmləri 50%-dən çox enib. Təchizat qıtlığı ilə bağlı narahatlıqlar və iqtisadi inkişafın sürətlə aşağı enməsinə dair qorxular bütün daxili bazara təsir edir. Wall Street-də (dünyanın ən böyük stok marketidir-red.) SOX kimi tanınan Filadelfiyanın Yarımkeçirici İndeksi 2022-ci ildə təxminən 40-ə yaxın enib. Lakin Intel uzunmüddətli aşağı enməyə görə rəqiblərindən seçilir və hazırda səhmləri 2016-cı ilin mayından bu yana ən aşağı səviyyədə ticarət edilir. 

İnvestorlar isə ümid edir ki, 2021-ci ildə yeni baş icraçı direktor (CEO) vəzifəsinə gətirilən Pat Gelsinger işləri yoluna qoyacaq və investorlar bunun üçün ona ola bilsin ki, daha çox vaxt versinlər. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.