Home » “İnternational” BOKT ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

“İnternational” BOKT ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

by anar
0 comment 2 views 1 minutes read

12 oktyabr 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “İnternational” BOKT ASC-nin istiqrazları ümumi dəyəri 2,000,000 (iki milyon) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

18 oktyabr 2023-cü il tarixində Bakı Fond Birjasında “İnternational” BOKT ASC-nin ümumi dəyəri 2,000,000 (iki milyon) manat olan istiqrazlarının yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN İstiqrazların növü və forması İstiqrazların sayı Nominal Dəyəri  

 

Hərrac

tarixi

İllik faiz dərəcəsi Tədavül müddəti Kupon faizlərinin ödəniş müddəti
AZ2007021028 Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlar 20,000

(ədəd)

100 manat  

18.10.2023

13% 18 ay hər 90 gündən bir

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.