“International Monetary Fund” (Beynəlxalq Maliyyə Fondu – IMF) özünün Amerika regionu ilə bağlı yeni proqnozunu açıqlayıb.
BBN.az təşkilatın rəsmi LinkedIn səhifəsinə istinadən xəbər verir ki, 2023-cü il üzrə ABŞ-da ÜDM-nin (Ümumi Daxili Məhsul-red.) inkişafı 1.6% olacaq, 2024-cü il üçün təxminlər isə 1.1%-dir.
Qeyd edək ki, Şimali Amerika regionunun ən böyük ölkələrindən biri olan Kanada üçün IMF-nin proqnozu isə 2023 və 2024-cü il üzrə müvafiq olaraq belədir: 1.6 və 1.1%. IMF-nin regionun yuxarıdakı hər iki ölkəsi üzrə proqnozu isə demək olar ki, eynidir. Maraqlısı budur ki, Cənubi Amerika-nın neft ölkəsi olan Venesuela ilə bağlı IMF-nin cari və növbəti il üzrə inkişaf proqnozu isə daha çox 5.0% və 4.5%-dir.