
Qlobal bazarlarda dalğalanma: NFP, inflyasiya və geosiyasi risklər ön planda
Yeni ilin ilk tam iş həftəsində qlobal maliyyə bazarları yüksək məlumat axını və artan həssaslıqla yadda qaldı. ABŞ-da açıqlanan NFP hesabatı, Avrozonada və Almaniyada inflyasiya göstəriciləri, eləcə də geosiyasi risklər investor davranışına birbaşa təsir etdi. Bu fonda dollar və qızıl həftənin əsas fokus aktivləri oldu.
ABŞ-da əməkhaqqı artımının zəifləməsi FED-in 2026-cı ildə faiz endirə biləcəyi gözləntilərini gücləndirdi. Avropada isə inflyasiyanın tam nəzarət altına alınmaması ECB ilə bağlı qeyri-müəyyənliyi artırdı. Geosiyasi gərginliklər risk iştahasını azaldaraq müdafiə aktivlərinə tələbi yüksəltdi.
Dollar qarışıq, qızıl güclü
ABŞ dolları geosiyasi risklər fonunda təhlükəsiz liman kimi dəstək tapsa da, ümumi mənzərədə davamlı yüksəliş formalaşmadı. Qızıl isə faiz endirimi gözləntiləri, inflyasiya narahatlıqları və geosiyasi risklər səbəbilə güclü bahalaşdı və 4600$ səviyyəsini test etdi.
Valyuta bazarı
-
EURUSD həftəni 1.16350 səviyyəsində tamamladı. 1.17000 altında qalarsa, eniş davam edə bilər.
-
GBPUSD 1.34060 səviyyəsinə gerilədi. 1.33900 altı eniş riskini artırır.
Qızıl (XAUUSD) ötən həftə 4355$-dan 4517$-a yüksəldi, yeni həftədə isə 4600$-ı test etdi. 4600$ üzərində qalarsa, artım sürətlənə bilər.
Cari həftə bazarların diqqəti ABŞ-da CPI, PPI, işsizlik müraciətləri və FED indeksləri, Avropada isə ÜDM, sənaye istehsalı və ticarət balansı göstəricilərinə yönələcək.







