Home » Misirlə investisiya və biznes əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə edilib

Misirlə investisiya və biznes əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə edilib

by Aytac
0 rəy 2 baxış 1 dəqiqə oxuma

Qahirədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Misirin İnvestisiyalar və Azad Zonalar üzrə Baş Qurumu (GAFI) arasında görüş keçirilib. Görüşdə AZPROMO-nun rəhbəri Yusif Abdullayev Agentliyin fəaliyyət istiqamətləri haqqında məlumat verib, Azərbaycan və Misir arasında mühüm potensiala malik faydalı biznes və investisiya imkanlarının reallaşdırılması barədə həmkarı – GAFI-nin rəhbəri Hössəm Heyba ilə fikir mübadiləsi aparıb.

Hössəm Heyba, öz növbəsində, GAFI tərəfindən xarici investorlar üçün yaradılan şərait, göstərilən xidmətlər və Misirdə xarici şirkətlərin fəaliyyətinin asanlaşdırılması məqsədilə təqdim edilən qızıl lisenziyalar təşəbbüsü haqqında məlumatı diqqətə çatdırıb. Qeyd edilib ki, Misirin azad zonaları xüsusi investisiya sisteminin bir hissəsi hesab olunur və burada həyata keçirilən investisiya fəaliyyətinə GAFI birbaşa nəzarət edir. Bu müstəvidə investisiya əməkdaşlığının potensialı yüksək qiymətləndirilib, birgə tərəfdaşlığa dair bir sıra təkliflər irəli sürülüb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.