Home » “İpək Yolu Sığorta” ASC-nin AVSMMİS növü üzrə verilmiş lisenziya 24 yanvar 2023-cü il tarixindən məhdudlaşdırılıb

“İpək Yolu Sığorta” ASC-nin AVSMMİS növü üzrə verilmiş lisenziya 24 yanvar 2023-cü il tarixindən məhdudlaşdırılıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Qanun) 105.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında “İpək Yolu Sığorta” Açıq Səhmdar Cəmiyyətinə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə verilmiş icazənin ləğv edilməsi yolu ilə “İpək Yolu Sığorta” Açıq Səhmdar Cəmiyyətinin sığorta fəaliyyətinə verilmiş lisenziyasının qüvvəsi 24 yanvar 2023-cü il tarixindən məhdudlaşdırılmışdır.

“İpək Yolu Sığorta” şirkətinin müraciəti şirkətin malik olduğu mövcud insan, maliyyə və texnoloji resursları, eləcə də qarşıdakı dövrün inkişaf perspektivləri nəzərə alınmaqla qəbul edilən yeni biznes strategiyasına əsasən digər sığorta növlərinin inkişaf etdirilməsinin planlaşdırılması ilə əlaqədardır. “İpək Yolu Sığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə 2022-ci il ərzində 334 520 manat sığorta haqqı toplanmışdır. Bu həmin növ üzrə toplanılan sığorta haqlarının (114 065 708 manat) 0,29 %-ni təşkil edir.

Qanunun 105.3-cü və 105.4-cü maddələrinə müvafiq olaraq sığortaçının lisenziyasının qüvvəsinin məhdudlaşdırılması onun müvafiq sığorta növü üzrə yeni sığorta müqavilələri bağlamasını, habelə həmin növ üzrə qüvvədə olan sığorta müqavilələrinin müddətini uzatmasını qadağan edir. Sığortaçı lisenziyasının qüvvəsinin məhdudlaşdırıldığı sığorta növü üzrə əvvəllər bağlamış olduğu sığorta müqavilələrində üzərinə götürdüyü öhdəlikləri həmin müqavilələrin müddəti başa çatanadək və ya onlara Azərbaycan Respublikası Mülki Məcəlləsinin 919-cu maddəsində nəzərdə tutulmuş əsaslarla vaxtından əvvəl xitam verilənədək yerinə yetirməlidir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.