Home » iPhone-un ilk seriyasından olan smartfon dəyərindən 50 dəfə baha, 39.339 dollara satılıb

iPhone-un ilk seriyasından olan smartfon dəyərindən 50 dəfə baha, 39.339 dollara satılıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Auksionerlərdən biri 15 yaşı olan köhnə, iPhone-nun ilk seriyasına daxil olan smartfona 39.000 dollardan çox, daha dəqiq desək 39.339.60 dollar ödəniş edib, bu isə qadjetin orijinal qiymətindən 50 dəfə bahadır.

BBN.az CNBC Business-ə istinadən xəbər verir ki, 8GB-lik, 2-megapixel kameralı smartfon bazar günü LCG Auksion-da satılıb. Bildirək ki, sentyabrın əvvəlində təqdim edilmiş yeni iPhone 14 isə 128GB yaddaşa, ultra geniş linza ilə təchiz edilmiş 12-megapixel əsas kameraya sahibdir.

2007-ci ildə isə smartfonun orijinal qiyməti 599, yaxud 852 dollar olub, 2022-ci ildə isə inflyasiyanın yüksəlməsindən sonra qiymət 5 dəfədən çox artaraq 2.500 dollar olub. 

LCG Auksion mərkəzinin sahibi Mark Montero isə deyib ki, “biz auksioneri və digər alıcıları təbrik edirik, hadisəni auksion tariximizdə ən aktivi olmasına səbəb olublar”. Mark əlavə edib ki, bazar günü axşamı aksionerlər qadjetin qiymətini 10.000 dollara qədər yüksəltdilər, bu bizim tariximizdə ilk idi. 

Qeyd edək ki, Apple şirkətinin keçmiş rəhbəri Steve Jobs ilk iPhone-u 2007-ci ildə yadlarda qalan tarixi təqdimatı ilə nümayiş etdirmişdi, dərhal sonra isə milyonlarla ədəd satılmışdı.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.