Home » İpoteka krediti borcalanın aylıq məcmu gəlirinin hesablanması qaydasında dəyişiklik edildi – Nazirlər Kabinetinin 441№-li Qərarına dair izah

İpoteka krediti borcalanın aylıq məcmu gəlirinin hesablanması qaydasında dəyişiklik edildi – Nazirlər Kabinetinin 441№-li Qərarına dair izah

by bbnadm
0 rəy 2 baxış 1 dəqiqə oxuma

Qərar əhalinin ipoteka kreditindən faydalanmaq imkanlarının artırılması, ipoteka krediti almaq istəyən şəxslərin gəlir və xərclərinin təhlili işinin təkmilləşdirilməsi məqsədini daşıyır.

Qərarla edilmiş dəyişikliyə görə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın (borcalanların) muzdlu işdən əldə edilən gəlirləri MEİS-in “Sığorta” altsistemi ilə yanaşı, həmçinin “Əmək müqaviləsi bildirişi” altsistemi və vergi, əmək, sığorta, o cümlədən sosial sığorta və bank qanunvericiliyi ilə müəyyən edilmiş digər təsdiqedici sənədlərə əsasən müəyyən ediləcək, tarif (vəzifə) maaşı azalan borcalanların orta aylıq gəlirləri isə dəyişiklik baş verən tarixdən sonrakı real gəlirlərinə uyğun hesablanacaqdır.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.