
6 dekabr 2022-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu ASC-nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
| Qiymətli kağızın ISIN kodu | AZ2069008681 |
| Emissiya həcmi | 30,000,000 manat |
| Nominal qiyməti | 1,000 manat |
| Hərrac qiyməti | 1,001.0833 manat |
| İstiqrazların tədavül müddəti | 9360 gün (9347 qalıq gün) |
| Faiz dərəcəsi | 3% |
| Faiz gəlirinin ödəniş müddəti | 180 gündən bir (6 aydan bir) |
| Anderrayter | “Unicapital İ.Ş” ASC |
Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcəkdir.
ARİKZF-in istiqrazlarının emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilmişdir.
BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.
Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.





