Home » İqlim sahəsində əməkdaşlıqla bağlı sənəd imzalanıb

İqlim sahəsində əməkdaşlıqla bağlı sənəd imzalanıb

by ulviyya
0 comment 0 views 1 minutes read

COP29 çərçivəsində Dəyirmi Masada SPECA İqlimə Dayanıqlı Ağıllı Şəhərlər Forumu üzrə Niyyət Bəyanatı imzalanıb.

COP29 çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) SPECA regionu üzrə Yaşıl Şəhər Liderlərinin Dəyirmi Masası keçirilib. Dəyirmi Masa şəhərlərin iqlim fəaliyyəti üzrə ən yaxşı təcrübələri bölüşmək, bu sahədə dialoq, innovativ yanaşma və və maliyyə həllərinin tətbiqinə nail olmaq məqsədilə təşkil olunub. Tədbirdə Azərbaycanın müvafiq dövlət qurumlarının, SPECA ölkələrinin, BMT-nin, və beynəlxalq maliyyə institutlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə AYİB-in Qafqaz üzrə regional direktoru Alkis Drakinos və Bankın Yaşıl Şəhərlər Proqramının rəhbəri Lin Oqreydi, COP29 Fəaliyyət Gündəliyinin Qlobal Təşəbbüslər Qrupunun həmsədri Elmar Məmmədov açılış nitqi ilə çıxış edərək, SPECA çərçivəsində iqlim məsələləri ilə bağlı səmərəli əməkdaşlıq barədə fikirlərini bölüşüblər.

Tədbir çərçivəsində panel sessiyalarda BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE), Asiya İnfrastruktur İnvestisiya Bankının, Asiya İnkişaf Bankının və BMT-nin Asiya və Sakit Okean Ölkələri üçün İqtisadi və Sosial Komissiyasının (UNESCAP) nümayəndələri  SPECA çərçivəsində ölkələrin və şəhərlərin iqlim məsələləri ilə bağlı tərəfdaşlıq təşəbbüslərinin önəmini qeyd ediblər. Bildirilib ki, iqlim dəyişikliyi ilə mübarizədə şəhərlər ön sıralardadır və onlar arasında əməkdaşlığın gücləndirilməsi regionun bu sahədə çağırışların öhdəsindən gəlməsi üçün əhəmiyyət kəsb edir. SPECA ölkələrinin müvafiq şəhərlərinin bu mühüm təşəbbüslə çıxış etməsi iqlim sahəsində həllərin işlənib hazırlanması və həyata keçirilməsi üçün vacibdir.

COP29-a sədrlik edən Azərbaycandan AYİB Yaşıl Şəhərlər Proqramına qoşulmuş Gəncə şəhərinin İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və SPECA-ya sədrlik edən Tacikistanın Düşənbə şəhəri sədrinin birinci müavini Cəmşid Tabarzoda SPECA-nın İqlimə Dayanıqlı Ağıllı Şəhərlər Forumunun bütün iştirakçı şəhərlərə qarşıya qoyulan məqsədlərin səmərəli həyata keçirilməsinə imkanlar yaradacağını bildiriblər.

Dəyirmi Masanın nəticəsi olaraq, SPECA-nın İqlimə Dayanıqlı Ağıllı Şəhərlər Forumu üzrə Niyyət Bəyanatı imzalanıb. Sənədə əsasən iqlim sahəsi üzrə ümumi məqsədlərin reallaşdırılması üçün iştirakçı şəhərlər arasında sıx əməkdaşlıq nəzərdə tutulur.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.