Home » “İqtisadi islahatlar” elmi-analitik jurnalının 10-cu sayı nəşr olunub

“İqtisadi islahatlar” elmi-analitik jurnalının 10-cu sayı nəşr olunub

by anar
0 comment 1 views 1 minutes read

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təsisçisi olduğu “İqtisadi islahatlar” elmi-analitik jurnalının onuncu sayı nəşr olunub. Jurnalın bu sayından etibarən çap olunan məqalələr üçün Rəqəmsal Obyekt İdentifikatoru (DOI – Digital Object Identifier) alınıb.

Jurnalın onuncu sayında 10 elmi-analitik məqaləyə yer verilib: “Süni intellektin ictimaiyyətlə əlaqələr işinin təşkilində tətbiqi”, “Azərbaycanda xarici ticarət dövriyyəsinin iqtisadi artıma təsiri: Kointeqrasiya testi və VECM Granger səbəbiyyət əlaqəsi”, “Strateji mallarla ticarətə nəzarət sisteminin strukturu və onun təkmilləşdirilməsi yolları”, “Azərbaycan Respublikasında kiçik və orta biznesin inkişafında islam maliyyə alətlərindən istifadənin əhəmiyyəti”, “Konsessiya dövlət-özəl tərəfdaşlığının ən geniş yayılmış mexanizmi kimi”, “İqtisadi inkişaf mərhələlərində dövlətin dəyişən rolu: fordizm və postfordizm”, “Davamlılığa doğru irəliləyiş: Azərbaycanın gələcəyi üçün ESG çərçivəsinin hazırlanması”, “Resursla zəngin ölkələrdə fiskal siyasət çağırışları”, “Səhiyyə müəssisələrində rəqabət və bazara çıxış strategiyaları necə hazırlanır?”, “Tikinti sənayesi məhsulunun keyfiyyətinin yüksəldilməsi zamanı yaranan xərclər”.

Qeyd edək ki,  “İqtisadi islahatlar” elmi-analitik jurnalında çap edilən elmi-analitik məqalələri maraqlı şəxslər www.journal.ereforms.org səhifəsindən oxuya, yaya, elektron cihazlarına yükləyə və öz tədqiqatlarında istinad verməklə istifadə edə bilərlər.

Sonda məlumat üçün bildirək ki, artıq  “İqtisadi islahatlar” elmi-analitik jurnalının 11-ci sayı üçün məqalə qəbuluna başlanılıb. Jurnalda məqalə çapı ödənişsizdir və tədqiqatçılar yazdıqları məqaləni onlayn qaydada təqdim edə bilərlər (https://journal.ereforms.org/az/submit-article).

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.