![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icracı direktorunun müavini Rəşad Hüseynov Asiya İnkişaf Bankı İnstitutunun (AİBİ) Stanford Universiteti ilə birgə Tokio şəhərində təşkil etdiyi beynəlxalq seminarda çıxış edib. Seminarda ictimai siyasət (public policy) sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələr, alimlər, eləcə də digər ölkələrin dövlət nümayəndələri iştirak edib.
Rəşad Hüseynov seminarda “Rəqəmsal Ticarət Qovşağının yaradılması: Azərbaycanın nümunəsində” və “Sosial-iqtisadi inkişaf sahəsində islahatların idarəedilməsi: Azərbaycanın misalında” mövzularında təqdimatlar edib və təqdimatlarla bağlı bir sıra müzakirələrdə sualları cavablandırıb.