Home » İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

by khayale
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclasında Agentlik tərəfindən görülmüş işlər və 2024-cü ildə nəzərdə tutulan tədbirlər müzakirə edilib.

İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Müşahidə Şurasının sədri, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirlinin sədrliyi ilə keçirilən iclasda sənaye zonalarında görülən işlər barədə məlumat verilib. Bildirilib ki, sənaye zonaları ölkədə istehsalın artırılması, idxalın əvəz edilməsi və yeni ixrac imkanlarının yaradılması baxımından əlverişli mexanizmdir. Azərbaycanın qeyri-neft-qaz istehsalı və qeyri-neft-qaz ixracının əhəmiyyətli hissəsi sənaye zonalarının payına düşür. Sənaye zonalarında dövlət tərəfindən yaradılmış əlverişli şərait, təklif olunan güzəştlər sahibkarlıq fəaliyyətini genişləndirir.

Tədbirdə 2024-cü ildə qarşıya qoyulmuş prioritet inkişaf istiqamətləri, o cümlədən, sənaye zonalarının genişləndirilməsi, klasterləşmə, investisiyaların, “yaşıl” texnologiyanın təşviqi, bərpa olunan enerji təchizatının artırılması məsələləri müzakirə edilib. İclasda insan kapitalının inkişafının önəmi vuğulanıb, Agentliyin nəzdində Peşə Təhsil Mərkəzinin fəaliyyəti və yeni iş yerlərinin yaradılması barədə fikir mübadiləsi aparılıb.

İclasda, həmçinin İZİA-nın fəaliyyəti ilə bağlı digər məsələlərə baxılıb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.