Home » İqtisadiyyat naziri Mikayıl Cabbarov İTV və AZƏRTAC-a xüsusi müsahibə verib

İqtisadiyyat naziri Mikayıl Cabbarov İTV və AZƏRTAC-a xüsusi müsahibə verib

by Zeyneb
0 comments 0 views 1 minutes read

Bakı, 10 iyun, AZƏRTAC – Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov İctimai Televiziyaya (İTV) və AZƏRTAC-a xüsusi müsahibə verib.

Müsahibə zamanı nazir Azərbaycan iqtisadiyyatının mövcud vəziyyəti və inkişaf perspektivləri, ümumi daxili məhsulun (ÜDM) artımı, qeyri-neft sektorunun inkişafı, müxtəlif sənaye sahələrində həyata keçirilən layihələr, süni intellekt texnologiyalarının tətbiqi və rəqəmsal transformasiya istiqamətində görülən işlər barədə danışıb.

Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurun ölkənin iqtisadi həyatına reinteqrasiyası prosesi, regionlarda həyata keçirilən bərpa və quruculuq işləri, sahibkarlığın inkişafı üçün dövlət tərəfindən həyata keçirilən təşviq mexanizmləri və digər aktual iqtisadi məsələlər ətrafında suallar cavablandırılıb.

Mikayıl Cabbarovun xüsusi müsahibəsini bu gün saat 22:00-dan etibarən İTV-nin efirində və AZƏRTAC-ın informasiya resurslarında izləmək mümkündür.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.