Home » İqtisadiyyat naziri Mikayıl Cabbarov ÜTT-nın rəsmiləri ilə görüşlər keçirib

İqtisadiyyat naziri Mikayıl Cabbarov ÜTT-nın rəsmiləri ilə görüşlər keçirib

by anar
0 rəy 6 baxış 1 dəqiqə oxuma

Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru xanım Ngozi Okonyo-İveala və Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı İşçi Qrupun sədri Alparslan Acarsoy ilə görüşlərdə ölkəmizin təşkilatla əməkdaşlığı, Azərbaycan iqtisadiyyatının və xarici ticarət əlaqələrinin inkişafı məsələləri müzakirə olunub.  

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti ÜTT-nın Katibliyində Azərbaycanın üzvlüyü ilə bağlı yaradılmış İşçi Qrupun 15-ci iclasında iştirak etmək üçün İsveçrəyə səfər edib.

Səfər çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov ÜUTT-nın baş direktoru xanım Ngozi Okonyo-İveala ilə görüşüb.

İqtisadiyyat naziri Azərbaycanın sosial-iqtisadi inkişaf məqsədləri barədə məlumat verərək, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsinə önəm verildiyini, ölkəmizlə ÜTT ölkələri arasında əməkdaşlığın inkişafını, o cümlədən ÜTT-yə üzvlüklə bağlı görülən işlərin əhəmiyyətini qeyd edib. Azərbaycanda iqtisadi sferada həyata keçirilən islahatlar, əldə olunan nəticələr, əlverişli işgüzar mühit və investorlar üçün yaradılan imkanlar barədə məlumat verilib.

Görüşdə ÜTT ilə əlaqələrin gücləndirilməsi imkanları, ölkəmizin təşkilat üzvləri ilə əməkdaşlığının prioritet istiqamətləri, ÜTT-yə üzvlüklə bağlı atılan addımlar, habelə, Azərbaycan iqtisadiyyatının dünyada mövqeyi və ticarətin liberallaşdırılması üçün görülən işlər barədə müzakirələr aparılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı İşçi Qrupun sədri Alparslan Acarsoy ilə görüşündə ölkəmizin iqtisadi-ticarət əlaqələri, ticarətin inkişafı, iqtisadi artımın sürətləndirilməsi, rifahın yüksəldilməsi məqsədilə həyata keçirilən tədbirlər barədə məlumat verilib.

 

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.