
Bu il Azərbaycanda qeyri-neft-qaz sektorunun ümumi daxili məhsulda (ÜDM) payı 70 %-ə çatacaq.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən II Milli Rəqabət Forumunda deyib.
Nazir qeyd edib ki, ötən il ölkədə 126,3 milyard manatlıq ÜDM istehsal olunub, bunun 67,85 %-i və ya 85,7 milyard manatı qeyri-neft-qaz sektorunun payına düşüb.
M.Cabbarovun sözlərinə görə, Azərbaycanda istehsal olunan məhsul və xidmətlərin rəqabət qabiliyyəti getdikcə artır:
“İqtisadiyyatın əsas hərəkətverici qüvvəsi qeyri-neft-qaz sektorudur. 2021–2024-cü illərdə bu sahə orta hesabla 6,7 % artım nümayiş etdirib. Bu, yaxşı göstəricidir, lakin biz həmişə daha yüksək templərin axtarışındayıq”.
Mənbə: Report.az





