Home » İqtisadiyyat naziri Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

İqtisadiyyat naziri Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda diplomatik fəaliyyətini başa çatdırmış Türkiyə səfiri Erkan Özoralla görüşüb. 

İqtisadiyyat naziri səfirin Azərbaycanda səmərəli fəaliyyətini vurğulayıb, gələcək işlərində uğurlar arzulayıb.

Mikayıl Cabbarov Azərbaycan-Türkiyə əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini və bu gün ən yüksək zirvəsinə çatdığını vurğulayıb. 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana güclü siyasi və mənəvi dəstəyi ölkələrimizin daim bir-birinin yanında olmasına bariz nümunədir. Qeyd edilib ki, dövlət başçılarının siyasi iradəsi, dostluq-qardaşlıq münasibətləri və verdikləri tapşırıqların icrası əməkdaşlığın inkişafında mühüm rol oynayır. 

İki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafından danışan İqtisadiyyat naziri diqqətə çatdırıb ki, Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Azərbaycan və Türkiyə hökumətləri arasında imzalanmış Preferensial Ticarət Sazişi ikitərəfli ticarət əlaqələrinin genişlənməsinə töhfə verəcəkdir. Azərbaycanda fəaliyyət göstərən Türkiyə şirkətlərinin sayı artır, uğurlu investisiya əməkdaşlığı həyata keçirilir. Azərbaycanın qeyri-neft sektoruna investisiya yatıran ölkələr sırasında Türkiyə 1-ci yerdədir.

İqtisadiyyat naziri işğaldan azad olunmuş ərazilərimizin bərpa edilməsində, quruculuq işlərinin həyata keçirilməsində Türkiyə şirkətlərinin iştirak imkanlarının geniş olduğunu diqqətə çatdırıb.

Azərbaycanda fəaliyyətindən məmnunluğunu ifadə edən Erkan Özoral ölkələrimizin qarşılıqlı dostluq və qardaşlıq münasibətlərini, strateji müttəfiqliyini vurğulayıb, Azərbaycanın Vətən Müharibəsi apardığı və tarixi Zəfər qazandığı müddətdə Türkiyənin ölkəmizdəki səfiri olmasından qürur duyduğunu ifadə edib, diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.