Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İqtisadiyyat naziri Türkiyədə görüşlər keçirib - BBN

İqtisadiyyat naziri Türkiyədə görüşlər keçirib

İqtisadiyyat nazirinin Türkiyəyə səfəri çərçivəsində keçirilən görüşlərdə iqtisadi əməkdaşlığın prioritet istiqamətləri, bir sıra sahələr üzrə tərəfdaşlığın gücləndirilməsi imkanları müzakirə edilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyəyə səfəri çərçivəsində bu ölkənin ticarət naziri Ömər Bolatla görüşüb. Görüşdə hər iki ölkənin dövlət başçılarının səyləri və qardaşlıq münasibətləri sayəsində iqtisadi əməkdaşlığın bütün istiqamətlər üzrə inkişaf etdiyi vurğulanıb. Türkiyənin Azərbaycanın ikinci əsas ticarət və ixrac tərəfdaşı olduğu, Preferensial Ticarət Sazişi çərçivəsində güzəşt tətbiq edilən məhsulların sayının artırılmasının ticarət əlaqələrinin artımını təşviq etdiyi diqqətə çatdırılıb. Türkiyə şirkətləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki sənaye parklarında yaradılan əlverişli biznes mühitindən yararlanmağa dəvət olunub.

Tərəflər Azərbaycan-Türkiyə iqtisadi tərəfdaşlığının gücləndirilməsi, ticarət dövriyyəsinin artırılması, KOB və biznes vahidləri arasında əlaqələrin fəal dəstəklənməsi və investisiyaların təşviqi üzrə ortaq hədəflərə çatmaq üçün mövcud imkanları müzakirə ediblər.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyəyə səfəri çərçivəsində bu ölkənin  energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarla görüşüb. Görüşdə Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığın genişləndiyi və ölkələrimizin xüsusilə enerji sahəsində bir çox mühüm layihələr həyata keçirdiyi vurğulanıb. Enerji sahəsində işbirliyinin təkcə iki ölkənin iqtisadiyyatına deyil, regiona, xüsusilə də Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyi qeyd edilib. Ölkəmizdə yaşıl enerji sahəsində həyata keçirilən layihələr diqqətə çatdırılıb. Bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, yaşıl investisiyaların artırılması və işbirliyi potensialının reallaşdırılması barədə müzakirələr aparılıb.

Related posts

The International PLUS-Forum Digital Uzbekistan will be held in Tashkent for the sixth time

Gərginlik “rəqəmsal qızıl”a tələbi artırır: Bitkoin 78 min dollar səviyyəsində möhkəmlənir

Trampın açıqlamaları neft bazarını qarışdırdı: “Brent” 106 dolları ötdü

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı