Home » İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin iştirakı ilə onlayn görüş keçirilmişdir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin iştirakı ilə onlayn görüş keçirilmişdir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Məlum olduğu kimi, bir sıra dövlətlərlə Azərbaycan Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergitutmadan yayınmanın qarşısının alınması haqqında Konvensiyalar mövcuddur.

Bu Konvensiyalarda nəzərdə tutulmuş müddəaların tətbiqi ilə bağlı yaranan məsələlərin müzakirəsi məqsədilə 15 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Banklar Assosiasiyası arasında görüş keçirilmişdir.

Görüş zamanı ölkə banklarının maraq dairəsində olan dövlətlərlə “İkiqat vergitutmanın aradan qaldırılması və vergitutmadan yayınmanın qarşısının alınması haqqında” Konvensiyalarda göstərildiyi qaydada məsləhətləşmələr aparılması kimi mümkün həll yolları müzakirə edilmişdir.

Görüş nəticəsində bu istiqamətdə atılacaq növbəti addımlar müəyyən edilmiş və birgə müzakirələrin davam etdirilməsinə qərar verilmişdir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.