Home » İqtisadiyyat Nazirliyində İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyində İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini ilə görüş keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli ilə görüşdə ölkəmizin investisiya imkanları barədə məlumat verilib, qeyri-neft sektoru sahəsində əməkdaşlığın şaxələndirilməsi, iqtisadi-ticarət əlaqələri, qarşılıqlı sərmayələrin təşviqi barədə müzakirə aparılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli ilə görüşündə qarşılıqlı faydalı münasibətlərin dinamik inkişafı, yüksək səviyyəli qarşılıqlı səfərlərin, keçirilən tədbirlərin tərəfdaşlığın, habelə, iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsində rolu vurğulanıb. Qeyd edilib ki, neft-qaz sahəsində uğurla əməkdaşlıq edən Azərbaycan və İtaliyanın qeyri-neft-qaz sektorunda da əlaqələrinin inkişafı üçün böyük potensial var. Bu baxımdan, “yaşıl” və bərpa olunan enerji, aqrar sənaye, metallurgiya, telekommunikasiya, nəqliyyat və s. sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün geniş imkanlar diqqətə çatdırılıb, müxtəlif istiqamətlər üzrə iqtisadi əlaqələrin möhkəmlənməsində özəl sektorun önəmli rolu vurğulanıb.

Tədbirdə Azərbaycanın əlverişli işgüzar mühiti, investorlar üçün yaradılan şərait, ölkəmizin tranzit potensialı barədə məlumat verilib, Ələt azad iqtisadi zonasında həyata keçirilən layihələrdə italyan şirkətlərinin iştirakı imkanları diqqətə çatdırılıb. Bununla yanaşı, Bakı Gəmiqayırma Zavodunun imkanlarının da İtaliya şirkətləri üçün cəlbedici ola biləcəyi qeyd edilib.

Edmondo Çirielli İtaliya-Azərbaycan strateji əməkdaşlığının uğurlu inkişafını vurğulayıb, italyan şirkətlərinin Azərbaycanın biznes mühitində fəal təmsil olunmağa, həmçinin, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən reinteqrasiya və biznes layihələrində iştiraka marağını ifadə edib.

Tərəflər ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti, qarşılıqlı sərmayələrin təşviqi və əməkdaşlığın inkişaf perspektivləri barədə müzakirə aparıblar.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.