Home » İranın Şərqi Azərbaycan əyalətinin nümayəndə heyəti KOBİA-da olub

İranın Şərqi Azərbaycan əyalətinin nümayəndə heyəti KOBİA-da olub

by bbnadm
0 comments 0 views 1 minutes read

İran İslam Respublikasının Şərqi Azərbaycan (Təbriz) əyalətinin valisinin iqtisadiyyat və resursların inkişafı məsələləri üzrə müavini Əli Cahangirinin rəhbərlik etdiyi nümayəndə heyəti Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olub. Görüşdə ikitərəfli biznes və ticarət tərəfdaşlığının, KOB sahəsində əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov KOBİA-nın fəaliyyəti, ölkəmizdə mikro, kiçik və orta sahibkarlara göstərilən dəstək və xidmətlər, Agentliyin xarici tərəfdaşlarla əməkdaşlıq imkanları barədə məlumat verib. Qeyd olunub ki, Agentlik İran investorların Azərbaycan KOB-larının layihələrinə sərmayə qoyuluşu, hər iki ölkənin biznes assosiasiyaları arasında əməkdaşlığın qurulmasına dəstək göstərə bilər. 

İran İslam Respublikasının Şərqi Azərbaycan (Təbriz) əyalətinin valisinin iqtisadiyyat və resursların inkişafı məsələləri üzrə müavini Əli Cahangiri İran iş adamlarının Azərbayanda həyata keçirilən investisiya layihələrində iştirakda maraqlı olduğunu qeyd edib, hər iki ölkədə təşkil olunacaq sərgilərdə iştiraka dair fikirlərini bildirib.  

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.