Home » İRİA-nın təşəbbüsü ilə İsrailin bir sıra aparıcı şirkət nümayəndələri Azərbaycanda səfərdədir!

İRİA-nın təşəbbüsü ilə İsrailin bir sıra aparıcı şirkət nümayəndələri Azərbaycanda səfərdədir!

by ulviyya
0 rəy 1 baxış 1 dəqiqə oxuma

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə İsrailin “FinCom.Co”, “Raycom”, “CySource” və “Sensorz” şirkətlərinin, habelə “AnD Ventures” vençur fondunun nümayəndələri arasında görüş baş tutub.

İsrailli qonaqlarla görüşlərdə İRİA-nın sədr əvəzi Inara Valiyeva, sədrin müşaviri Shahin Aliyev, Beynəlxalq Biznesin İnkişafı şöbəsinin müdiri Loukas Tzitzis və İnnovasiya üzrə rəhbər Igor Ovcharenko iştirak edib.

Görüş zamanı Texnopark rezidentliyi haqqında qanunun yaratdığı üstünlüklər və Avrasiya bazarının İKT potensialından yararlanmaqda Azərbaycanın doğru seçim olması haqqında məlumat verilib. Bildirilib ki, İRİA-nın dəstəyi ilə rezidentlik hüququ əldə etmək istəyən şirkətlərin Azərbaycanda filial və ya təmsilçilik təsis etmələri üçün müvafiq şərait mövcuddur.

Görüşlər əsnasında, həmçinin İsrail şirkətlərinin nümayəndələrinin Azərbaycandakı kadr potensialı, yerli və Avrasiya ekosistemindəki mövcud imkanlar haqqında sualları da cavablandırılıb.

İsrailli nümayəndə heyəti Azərbaycanın ümumi İKT mühiti ilə tanışlıqdan və müsbət nəticələnən işgüzar görüşlərdən məmnun olduqlarını ifadə ediblər.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.