Home » İş adamları Özbəkistanda keçiriləcək beynəlxalq sərgilərə dəvət edilib

İş adamları Özbəkistanda keçiriləcək beynəlxalq sərgilərə dəvət edilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Martın 28-30-da və aprelin 12-14-də Daşkənd şəhərində 22-ci Beynəlxalq “Qida məhsulları, inqrediyentlər və istehsalat texnologiyaları – UzFood 2023” və 19-cu Beynəlxalq “İstehsalat texnologiyaları. Ağac emalı. Mebel və komponentlər – MebelExpo Uzbekistan 2023” sərgiləri keçiriləcək.

AZPROMO-dan bildirilib ki, Azərbaycan sahibkarları həmin sərgilərdə iştirak etməyə dəvət olunublar.

Qeyd edək ki, Özbəkistanın ən böyük ərzaq sərgisi olan “UzFood” işgüzar görüşlər və birbaşa danışıqlar üçün effektiv platforma rolu oynayır. Builki tədbirdə Belarus, Bolqarıstan, Almaniya, İran, İtaliya, Qazaxıstan, Çin, Koreya Respublikası, Latviya, Litva, Malayziya, BƏƏ, Pakistan, Polşa, Rusiya, Türkiyə, Özbəkistan, Fransa, Şri-Lanka və s. ölkələrdən 180-dən çox şirkət iştirak edəcək. Sərginin bölmələrinə ət və quşçuluq, süd məhsulları, qənnadı məmulatlar, içkilər, qida inqrediyentləri, qida sənayesi avadanlıqları, qablaşdırma materialları və avadanlıqları daxildir.

Mebel sənayesi çərçivəsində keçirilən əsas tədbirlərdən biri olan “MebelExpo Uzbekistan”da ənənəvi olaraq mebel istehsalçıları, habelə mebel avadanlıqları, komponentləri, mebelin istehsalında istifadə olunan kimyəvi maddələrin, aksesuarların tədarükçüləri iştirak edir. Builki sərgidə Avstriya, Almaniya, İran, İtaliya, Qazaxıstan, Çin, Qırğızıstan, Pakistan, Polşa, Rusiya, Türkiyə, Özbəkistan, İsveçrə, İsveç daxil olmaqla dünyanın 17 ölkəsindən 200 şirkətin iştirakı təsdiq olunub.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.