Home » İSB-nin investisiya portfelinin gəlirliliyi proqnozları üstələyib

İSB-nin investisiya portfelinin gəlirliliyi proqnozları üstələyib

by yunus
0 comments 1 views 1 minutes read

İcbari Sığorta Bürosunun (İSB) dayanıqlı maliyyə və zəmanət fondu üzrə investisiya portfelinin gəlirliliyi proqnozları üstələyib.

BBN.az xəbər verir ki, bunu Büronun Biznesin İnkişafı Departamentinin rəhbəri Xanım Camalova bildirib.

O xatırladıb ki, Azərbaycan Mərkəzi Bankı dayanıqlı maliyyə və zəmanət fondu üzrə effektiv kompensasiya ödənişləri və subroqasiya mexanizmlərinin qurulması üçün subroqasiya işinin təkmilləşdirilməsinə dair qaydalar və prosedurlar hazırlanaraq təsdiq edib: “Son nəticədə investisiya portfelinin dəyəri artıb, hədəf olaraq müəyyən edilmiş 5,9 milyon portfel gəliri 6,5 milyon manat səviyyəsində icra olunub”.

İSB rəsmisi qeyd edib ki, maliyyə idarəetməsinin və investisiya siyasətinin təkmilləşdirilməsi fəaliyyəti üzrə təkmil ERP sistemi qurulub və yeni modullar istifadəyə verilib: “​Müasir korporativ idarəetməyə keçidlə bağlı layihə əsaslı idarəetmə mexanizmi qurularaq tətbiq edilib.

​Bundan əlavə, Büroda təkmil inventarizasiya prosesi yekunlaşdırılıb və KPMG audit şirkəti onu təsdiq etdikdən sonra istifadəyə verilib, ​idarəetmə sistemləri üzrə beynəlxalq sertifikatlar əldə edilib. ​Kargüzarlıq və arxiv işinin təkmilləşdirilməsi məqsədilə qeydiyyatı aparılmış əhəmiyyətsiz sənədlər təsbit edilərək aktlaşdırılıb və qanunvericiliyə uyğun olaraq arxiv idarəsinə təhvil verilib”

Bundan başqa, onun sözlərinə görə, risklərin idarə edilməsi, komplayens və daxili nəzarət çərçivəsinin formalaşdırılması çərçivəsində təkmil risk xəritəsi formalaşdırılıb: “Buna dair metodologiya hazırlanıb, risk qiymətləndirmələri aparılıb və risk mədəniyyətinin təşviqi istiqamətində tədbirlər həyata keçirilib. ​Bundan əlavə, risk hesabatlılığı və monitorinq sisteminin yaradılması məqsədilə insident menecment prosesləri yaradılıb, audit tapıntılarının izlənilməsi və qiymətləndirilməsi nəticəsində 80 %-dən yüksək audit tapıntıları üzrə işlər icra edilib. Bunlar, kağızsız büro və vətəndaş, ətraf mühit dostudur. Bu layihə çərçivəsində biznes proseslərin optimallaşdırılması və avtomatlaşdırılması həyata keçirilib. Struktur bölmələr üzrə xidmət kataloqları hazırlanıb və biznes prosesləri elektronlaşdırılıb”.

Report

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.