Home » “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün güzəştli maliyyə imkanları” mövzusunda tədbir keçirilib

“İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün güzəştli maliyyə imkanları” mövzusunda tədbir keçirilib

by bbnadm
0 comments 1 views 1 minutes read

Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının rezidentlərinə Sahibkarlığın İnkişafı Fondunun güzəştli kredit mexanizmləri barədə ətraflı məlumat verilib.

Aprelin 25-də Sahibkarlığın İnkişafı Fondunun (SİF) və İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) birgə təşkilatçılığı ilə Sumqayıt Kimya Sənaye Parkında “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün güzəştli maliyyə imkanları” mövzusunda tədbir keçirilib.

“Sahibkarlar Günü”nə həsr olunmuş tədbirdə İZİA-nın idarəçiliyində olan Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının rezidentlərinə SİF-in güzəştli kredit mexanizmləri barədə ətraflı məlumat verilib. Bununla yanaşı, “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizminin təqdimatı keçirilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb. 

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.