Home » İşğaldan azad edilmiş torpaqlarımıza qayıdacaq əhali üçün məqsədli, çevik aktiv məşğulluq proqramları hazırlanır

İşğaldan azad edilmiş torpaqlarımıza qayıdacaq əhali üçün məqsədli, çevik aktiv məşğulluq proqramları hazırlanır

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsas fəaliyyət istiqamətlərindən biri də erməni faşizminin işğalından azad edilmiş yurd yerlərimizə qayıdacaq əhali üçün məqsədli, çevik aktiv məşğulluq proqramlarının hazırlanmasıdır. Bu sahədə Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə də əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.  

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev BƏT-in Moskva ofisinin direktoru Olqa Kulayeva ilə onlayn görüşdə bildirib.

O, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun  möhtəşəm Qələbəsindən bəhs edib. İşğaldan azad edilmiş yurd yerlərimizə qayıdacaq əhalinin məşğulluq məsələlərinin həlli sahəsində geniş miqyaslı işlər aparılacağını diqqətə çatdırıb. A.Əliyev ödən dövrdə Azərbaycanla BƏT arasında müsbət əməkdaşlıq təcrübəsini qeyd edib.

Nazir müavini bildirib ki,  “Azərbaycan Respublikasının 2021-2025-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” layihəsinin hazırlanmasında da BƏT-lə birgə işlərin aparılması nəzərdə tutulur.

Görüşdə qeyri-formal məşğulluğun qarşısının alınması, əmək qanunvericiliyinin təkmilləşdirilməsi işlərinin ekspert qiymətləndirilməsi sahəsində görüləcək birgə işlər qeyd edilib. Əliliyi olan şəxslər, xüsusilə müharibə ilə əlaqədar əlilliyi müəyyən olunan şəxslərlə bağlı beynəlxalq təcrübə əsasında peşə hazırlığı kurslarının təşkili üçün xüsusiləşdirilmiş təlim proqramlarının, peşəyönümü testlərin hazırlanması, gənclərin əmək bazarına inteqrasiyasının dəstəklənməsi və s. sahələrdə gələcək əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.