Home » İşğaldan azad olunan ərazilərə köçürülən sakinlərdən 4 minədək şəxsin məşğulluğu təmin edilib

İşğaldan azad olunan ərazilərə köçürülən sakinlərdən 4 minədək şəxsin məşğulluğu təmin edilib

by anar
0 comment 0 views 0 minutes read

Əmək və Əhalinin Sosial Müdafiəai Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunan ərazilərə köçürülən sakinlərin aktiv məşğulluq proqramları ilə əhatə olunması tədbirlərini davam etdirir.

Həmin sakinlərdən artıq 4 minədək şəxsin məşğulluğu təmin edilib. Eyni zamanda sakinlər üçün peşə hazırlığı kurslarının təşkili işləri aparılır.  Artıq 125 sakin işəgötürənlərlə birgə təşkil olunan peşə hazırlığı kurslarına cəlb edilib.

Doğma yurdlarına qayıdan vətəndaşlardan 145 sakin üçün isə özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar da yaradılıb.

İşğaldan azad edilmiş ərazilərdə əmək yarmarkalarının təşkili də davam etdirilir. Cari ildə həmin ərazilərdə daha 6 yarmarka keçirilib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.