Home » İşğaldan azad olunmuş torpaqlarımızda “Zəfər”, “ŞAKİR” və “Şuşa” mobil stansiyaları qurulub

İşğaldan azad olunmuş torpaqlarımızda “Zəfər”, “ŞAKİR” və “Şuşa” mobil stansiyaları qurulub

by bbnadm
0 rəy 2 baxış 1 dəqiqə oxuma

“Belə-belə işlər” layihəsi Qarabağda ilk mobil rabitə şəbəkəsinin yaradılması barədə videosüjet hazırlayıb.

Videosüjetdə işğaldan azad olunmuş Qarabağımızda ilk mobil rabitə şəbəkəsinin qurulması prosesi barədə ətraflı məlumat verilir.

Qeyd olunur ki, azad olunmuş torpaqlarımızın ilk rabitəçiləri Cəbrayılda “Zəfər” adlı stansiya qurub.

Eyni zamanda onlar “Şuşa-Ağdam-Kəlbəcər İmplementation Radio” sözlərinin abreviaturası olan “ŞAKİR” stansiyasını, eləcə də Şuşanın mərkəzində “Şuşa” stansiyasını quraraq istifadəyə veriblər.

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən işğaldan azad olunmuş ərazilərimizdə yeni texnologiyalar əsasında telekommunikasiya və poçt infrastrukturu qurulacaq, radio-televiziya yayımı genişləndiriləcək, modern sərnişindaşıma xidməti təqdim olunacaq, bir sözlə, əhaliyə keyfiyyətli nəqliyyat, telekommunikasiya və poçt xidmətləri göstəriləcək.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.