Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialı tərəfindən işəgötürənlərlə əlaqələrin gücləndirilməsi məqsədilə növbəti görüş keçirilib.
Müxtəlif sektorlardan olan idarə, müəssisə və təşkilatların nümayəndələri ilk olaraq Agentliyin fəaliyyət istiqamtləri barədə məlumatlandırılıb. Onlara işəgötürənlərə dəstək məqsədilə icra olunan proqramlar barədə məlumat verilib, “Əmək və məşğulluq” altsisteminə vakansiya yerləşdirilməsi qaydası izah edilib, işlə təminat sahəsində birgə əməkdaşlığın əhəmiyyəti müzakirə edilib.
Daha sonra görüşdə işəgötürənləri maraqlandıran suallar cavablandırılıb.