Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İslam İnkişaf Bankı Qrupuyla əməkdaşlığın genişləndirilməsi müzakirə olunub - BBN

İslam İnkişaf Bankı Qrupuyla əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

İqtisadiyyat Nazirliyində İslam İnkişaf Bankının Baş katibi ilə  görüşdə iqtisadi əlaqələrin inkişafı istiqamətində fikir mübadiləsi aparılıb. 

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli İslam İnkişaf Bankının Baş katibi Riad Raqib Əhmədlə görüşüb.

Görüşdə Azərbaycanın İİB-lə əməkdaşlığının uğurlu inkişafından məmnunluq ifadə olunub. Səmərəli əməkdaşlığın ölkəmizdə biznes mühitinin inkişafına, sahibkarlığın dəstəklənməsinə və qeyri-neft sektorunda investisiya imkanlarının artırılmasına mühüm töhfə verdiyi diqqətə çatdırılıb.

İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üçün nəzərdə tutulan İllik Toplantılarının Bakıda keçirilməsinin Qrupa üzv ölkələr arasında regional və beynəlxalq tərəfdaşlıqların möhkəmlənməsində önəmi vurğulanıb. Tədbirlərin İslam maliyyə institutları ilə əməkdaşlığın genişlənməsinə, eləcə də Azərbaycanın iqtisadi və investisiya potensialının beynəlxalq miqyasda tanıdılmasına mühüm töhfə verəcəyi nəzərə çatdırılıb.

Tərəflər iqtisadiyyat və maliyyə sahələrində tərəfdaşlığın möhkəmləndirilməsi, prioritet sahələrdə əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparıblar.

Related posts

Türkiyədə Azərbaycan kapitallı şirkətlərin sayı 90%-dən çox artıb

Gürcüstanla Azərbaycanın ticarət dövriyyəsi 10,6% artıb

Kənd Təsərrüfatı Nazirliyində “John Deere” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı