Home » ISSA-nın təşkilatçılığı ilə beynəlxalq vebinar keçirilib

ISSA-nın təşkilatçılığı ilə beynəlxalq vebinar keçirilib

by Aytac
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Beynəlxalq Sosial Təminat Assosiasiyasının (ISSA) təşkilatçılığı ilə “İnsan resurslarının cəlb edilməsi və saxlanması: çətinliklər və strategiyalar” mövzusunda vebinar keçirilib. 

Dövlət Sosial Müdafiə Fondunun əməkdaşlarının da iştirak etdiyi vebinarda sosial təminat qurumlarında insan resurslarının cəlb olunması və saxlanması ilə bağlı çətinliklər, bu çətinliklərin bəzilərinin aradan qaldırılması üçün ölkələr tərəfindən həyata keçirilmiş strategiyalar ətrafında fikir mübadiləsi aparılıb. Eləcə də strategiyaların qəbulu zamanı insan resurslarının inkişaf etdirilməsi yollarından bəhs olunub. Vebinarda həmçinin bu sahədəki məhdudiyyətlərdən danışılıb.
Sonda Yaponiyanın Əmək və Sosial Müdafiə Vəkilləri Assosiasiyaları Federasiyasının İdarə Heyətinin üzvü, Küveytin Milli Sosial Təminat Qurumunun İşə qəbul məsələləri şöbəsinin mütəxəssisi, Azərbaycanın DOST Agentliyinin İnsan resurslarının idarə edilməsi departamentinin müdiri təqdimatlarla çıxış edib sualları cavablandırıblar.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.