Home » İstanbulda Azərbaycan-Türkiyə energetika nazirlərinin görüşü olub

İstanbulda Azərbaycan-Türkiyə energetika nazirlərinin görüşü olub

by Zeyneb
0 comments 0 views 1 minutes read

İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) energetika nazirlərinin beşinci iclası çərçivəsində energetika naziri Pərviz Şahbazov Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarla görüşüb.

Görüşdə son bir il ərzində enerji əməkdaşlığının inkişafından məmnunluq ifadə edilib. Karbohidrogen, bərpa olunan enerji və regional enerji bağlantı layihələri üzrə əməkdaşlığın cari vəziyyəti müzakirə edilib. Bu ilin on ayı ərzində Azərbaycandan Türkiyəyə 594 milyon kVt-saat elektrik enerjisinin ixrac edildiyi qeyd olunub. Türkiyədə elektrik enerjisinə artan tələbat fonunda iki ölkə arasında elektrik enerjisi interkonnektorlarının qurulmasının vacibliyi vurğulanıb. Bu xüsusda, Naxçıvandan birbaşa və Zəngəzur dəhlizi vasitəsilə Azərbaycan (Naxçıvan) -Türkiyə Enerji Qovşağı layihəsinin icrası nəzərdən keçirilib. Habelə “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” çərçivəsində Türkiyə ilə əməkdaşlıq imkanları dəyərləndirilib. Bu layihələrin TDT formatında enerji əlaqələrinin möhkəmləndirməsinə töhfə verəcəyi bildirilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.