Home » İstehlakçı hüquqları ilə bağlı seminar keçirilib

İstehlakçı hüquqları ilə bağlı seminar keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində “İstehlakçıların hüquqlarının qorunması sahəsində inzibati orqanların səlahiyyət bölgüsü” mövzusunda seminar keçirilib.

Tədbirdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Mərkəzi Bankın, Qida Təhlükəsizliyi Agentliyinin və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri iştirak edib.

Seminar iştirakçılarına istehlakçıların hüquqlarının qorunması sahəsində qanunvericilik aktları barədə məlumat verilib. Qeyd olunub ki, istehlakçılar Dövlət Xidməti ilə yanaşı, bank və sığorta sahəsində üzləşdikləri problemlərlə bağlı Mərkəzi Banka, qida məhsullarının keyfiyyəti barədə Qida Təhlükəsizliyi Agentliyinə, rabitə və informasiya texnologiyaları sahəsində göstərilən xidmətlərinin keyfiyyəti ilə bağlı Rəqəmsal İnkişaf və  Nəqliyyat Nazirliyinə müraciət edə bilərlər.

Seminarın sonunda iştirakçıların sualları cavablandırılıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.