![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,93 ABŞ dolları, yaxud 7,24% artaraq 87,81 ABŞ dolları təşkil edib. Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyun fyuçersləri isə 84,93 ABŞ dollarına satılıb.
Qeyd edək ki, aprelin 2-də Səudiyyə Ərəbistanı, İraq və bir sıra Körfəz ölkələri gündəlik neft istehsalını 1 milyon barreldən çox azaltması barədə razılığa gəliblər. Bundan əlavə, Rusiyadan bildirilib ki, ilin sonunadək neft istehsalını yarım milyondan çox azaldacaqlar.
Əlavə edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.