Home » İstehsalatda bədbəxt hadisələrdən icbari sığorta ilə bağlı bəzi yeniliklər e-sistemdə yerləşdirilib

İstehsalatda bədbəxt hadisələrdən icbari sığorta ilə bağlı bəzi yeniliklər e-sistemdə yerləşdirilib

by bbnadm
0 comment 0 views 1 minutes read

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”nin yeni məzmunu və formasına dair Mərkəzi Bank, Dövlət Əmək Müfəttişliyi Xidmətinin və İcbari Sığorta Bürosunun rəhbər şəxsləri arasında onlayn görüş keçirilib.

Yeni müqavilənin məzmununa və formasına uyğun olaraq İcbari Sığorta Bürosunun informasiya sistemində edilmiş dəyişikliklər barədə tədbir iştirakçılarına məlumat verilib.

Təsdiq olunmuş yeniliklərə əsasən sığorta müqaviləsi müddətsiz bağlanır və ümumi tərəfdaşlıq müqaviləsi rolunu oynayır. “Sığorta müqaviləsinin qoşması” hər müqavilə ili üzrə tərtib olunur və müqavilə ili ərzində sığortaolunanlarla bağlı bütün dəyişikliklər müqavilənin qoşmasına əlavə formasında rəsmiləşdirilir.

Sığorta haqlarının ödənilməsi işəgötürənin maliyyə qrafikinə uyğun olaraq birdəfəlik və ya hissəvi təmin edilir.

Yeniliklər artıq Əmək Müqaviləsi Bildirişi altsistemində yerləşdirilib.

Qeyd edək ki, video çarxlar və sığorta haqqının ödənilmə üzrə hazırlanmış kalkulyator ilə İcbarı Sığorta Bürosunun saytında (www.isb.az) tanış ola bilərsiniz.

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.