0
![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,85 ABŞ dolları, yaxud 0,96% artaraq 88,91 ABŞ dolları təşkil edib. Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyun fyuçersləri isə 85,12 ABŞ dollarına satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb. Qeyd edək ki, dünya bazarlarında neftin qiymətlərinə təsir edən Rusiyanın da daxil olduğu OPEC+ ölkələrinin gündəlik istehsalı 1.16 milyon barrel azaltması ilə bağlı olmuşdu.