Home » İxrac icmalının dekabr ayı üçün ilkin rəqəmləri açıqlanıb

İxrac icmalının dekabr ayı üçün ilkin rəqəmləri açıqlanıb

by anar
0 comment 0 views 1 minutes read

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın dekabr ayı üçün ilkin rəqəmlərini təqdim edib. İcmala əsasən, 2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın qeyri-neft-qaz ixracı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,9% artaraq 3,1 milyard ABŞ dolları təşkil edib. 2024-cü ilin yanvar-noyabr ayları ərzində yeyinti məhsulları 12,3% artaraq 923 milyon ABŞ dollarına bərabər olub.

Cari ilin 11 ayı ərzində şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 65,4% artaraq 37,5 milyon ABŞ dolları, pambıq lifi 52,6% artaraq 170 milyon ABŞ dolları, bitki mənşəli yağlar və piylər 32% artaraq 25,5 milyon ABŞ dolları, qiymətli metallar 29% artaraq 189,8 milyon ABŞ dolları, kimya sənayesi məhsulları 19,6% artaraq 265,6 milyon ABŞ dolları, spirtli və spirtsiz içkilərin ixracı 13,5% artaraq 64,4 milyon ABŞ dolları, çay 1,6% artaraq 6 milyon ABŞ dolları, qara metallar 1,9% artaraq 48,2 milyon ABŞ dolları, alüminium və ondan hazırlanan məmulatlar 1,5% artaraq 182,7 milyon ABŞ dolları təşkil edib.

2024-cü ilin yanvar-noyabr ayları ərzində aqrar məhsullar 4,4% artaraq 701,7 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları 58,3% artaraq 287,3 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 15,9% artaraq 988,9 milyon ABŞ dolları təşkil edib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.