Home » “İxrac İcmalı”nın iyun sayı təqdim edilib

“İxrac İcmalı”nın iyun sayı təqdim edilib

by bbnadm
0 comments 2 views 4 minutes read

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin iyun sayı təqdim edilib. 2020-ci ilin yanvar-may ayları ərzində Azərbaycanın ixracı 6,9 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə  721 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. Qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,9 faiz azalıb.

Bu ilin yanvar-may ayları ərzində Rusiyaya 271 milyon, Türkiyəyə 144,3 milyon, Gürcüstana 70,5 milyon,  İsveçrəyə 71,5 milyon və Çinə 23,6 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-cu ilin ilk 5 ayı ərzində Rusiyaya qeyri-neft ixracı 3,6 faiz,  İsveçrəyə 26 faiz və Çinə 40.3 faiz artıb.

2020-ci ilin yanvar-may ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pomidor (123.1 milyon ABŞ dolları) birinci, qızıl ((sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 64.7 milyon ABŞ dolları)  ikinci və qabığı təmizlənmiş meşə fındığı  (51 milyon ABŞ dolları) üçüncü olub.

Ümumiyyətlə, 2020-ci ilin ilk 5 ayı ərzində ərzində meyvə-tərəvəz ixracı 236,5 milyon, pambıq lifi ixracı 49,5 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 31,5 milyon, kimya sənayesi məhsullarının ixracı 34,4 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 19,5 milyon, pambıq ipliyi ixracı 9,2 milyon,  alkoqollu və alkoqolsuz içkilərin ixracı 5,7 milyon, şəkər ixracı  5,9 milyon ABŞ dolları təşkil edib.

2020-ci ilin may ayında isə qeyri-neft sektoru üzrə ixrac 172.6 milyon ABŞ dolları təşkil edib ki, ötən dövrlə müqayisədə 17,8 faiz azalıb. Bu ilin may ayında qeyri neft-qaz məhsulları ən çox mal Rusiyaya (84,8 milyon ABŞ dolları), İsveçrəyə (23 milyon ABŞ dolları), Türkiyəyə (22,2  milyon ABŞ dolları), Gürcüstana (11,7 milyon ABŞ dolları)və Çinə (5,4 milyon ABŞ dolları)  ixrac edilib.

2020-cu ilin may ayında qeyri-neft sektoru üzrə ixracda tomat (pomidor – 49,7 milyon ABŞ dolları)  birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda –  21 milyon ABŞ dolları) ikinci, kartof (19,9 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.

“İxrac İcmalı”nın may sayında  qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib. Bu ilin yanvar-may ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: “Socar Polymer” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “Land Lojistic” MMC, “MKT İstehsalat Kommersiya” MMC, “Fruit Store” MMC, “Sun Food” MMC,  “STDC” MMC, “Aqrovest” MMC, “Global Trade Group” MMC  və “Baku Steel Company”.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-nin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: “Azərenerji” ATSC, “Azergold” QSC, “Azəralüminium” MMC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC, “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC, Naxçıvan MR Dövlət Energetika Xidməti və “ASK şüşə” MMC.

“İxrac İcmalı”nda həm də xidmət ixracına yer ayrılıb. Məlumat verilib ki, 2020-ci ilin yanvar-may aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 26 ölkəsinə 19,1 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 19% artmışdır.. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90 faizini təşkil edib. “Azərkosmos” ASC-nin 2020-cu ilin yanvar-may aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Birləşmiş Krallıq, ABŞ, Fransa, Malayziya və BƏƏ-dir.

Eyni zamanda “İxrac İcmalı”nda məlumat verilib ki, koronavirus pandemiyasının yayılması ilə əlaqədar bu ilin mart ayından etibarən ölkəmizə gələnlərin sayında azalma müşahidə olunub. Bunun üçün də bu ilin may ayında xarici vətəndaşların ölkəmizdə bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 24,3 milyon manat təşkil edib. Ümumilikdə isə 2020-ci ilin yanvar-may ayları ərzində əcnəbilərin Azərbaycanda bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 256 milyon manat təşkil edib.

“İxrac İcmalı”nda 2020-cu ilin yanvar-may ayları ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilib ki, 2020-ci ilin yanvar-may aylarında Azexport.az portalına 273,9 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2020-ci ilin may ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 64,7  milyon ABŞ dolları təşkil edib.

Bu ilin may ayında Azexport.az portalına ən çox ixrac sifarişi pomidor, fındıq, biyan kökü, tütün, yumurta, buğda unu, kartof, yür kökü, çuğundur, kələm, sarımsaq, soğan, şərab,  qənnadı məhsulu, metal konstruksiya, boya, çay, nar konsentratı, bal, albalı, meyvə kompotu və s. mallara daxil olub. 2017-ci ilin yanvar ayından 2020-ci ilin 30 may tarixinə kimi (41 ay ərzində) Azexport.az portalına dünyanın 141 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1,9 milyard ABŞ dolları təşkil edib.

Həmçinin “İxrac İcmalı”nda göstərilib ki, bu ilin iyun ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri isə 23,7 milyon ABŞ dolları olub. 2020-ci ilin yanvar-iyun ayları ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 70,3 milyon ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib.

Qeyd edək ki, “İxrac İcmalı”nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.