Home » “İxrac icmalı”nın sentyabr sayı açıqlanıb

“İxrac icmalı”nın sentyabr sayı açıqlanıb

by Aytac
0 comment 3 views 4 minutes read

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı “İxrac icmalı”nın sentyabr sayı təqdim olunub. İcmala əsasən, 2023-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycanın ümumi ixracı 24,4 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,6% artaraq 2,2 milyard ABŞ dolları təşkil edib. 2023-cü ilin yanvar-avqust ayları ərzində yeyinti məhsulları üzrə ixrac 571,4 milyon ABŞ dollarına bərabər olub.

Cari ilin ilk 8 ayı ərzində elektrik enerjisi 3,9 dəfə, spirtli və spirtsiz içkilərin ixracı 3,8 dəfə, qara metal məmulatlarının ixracı 36,6%, şəkər ixracı 17,9%, meyvə-tərəvəz ixracı isə 7,4% artıb.

2023-cü ilin yanvar-avqust ayları ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 10,4% artaraq 593,9 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,8% artaraq 132,6 milyon ABŞ dolları təşkil edib.

2023-cü ilin yanvar-avqust ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (315 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (124,3 milyon ABŞ dolları) ikinci, pambıq mahlıcı (83,4 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

2023-cü ilin yanvar-avqust ayları ərzində Rusiya Federasiyasına 721,5 milyon ABŞ dolları, Türkiyəyə 586,6 milyon ABŞ dolları, Gürcüstana 219,1 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 86,4 milyon ABŞ dolları, Qazaxıstana isə 72,4 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Cari ilin avqust ayının qeyri-neft ixracı 203,6 milyon ABŞ dolları olub. Bunun da 51,4 milyon ABŞ dollarını (10,3% artım) yeyinti məhsulları üzrə ixrac, 152,2 milyon ABŞ dollarını isə qeyri-yeyinti məhsulları üzrə ixrac təşkil edib.

2023-cü ilin avqust ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (79,6 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (31,4 milyon ABŞ dolları) ikinci və Gürcüstan (20,4 milyon ABŞ dolları) üçüncü  olub.

2023-cü ilin avqust ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında şaftalı (17,4 milyon ABŞ dolları) birinci, ilkin formalı polipropilen (10,8 milyon ABŞ dolları) ikinci və polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr (9,6 milyon ABŞ dolları) üçüncü olub.

“İxrac icmalı”nda göstərilib ki, 2023-cü ilin sentyabr ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilmiş qeyri-neft ixracının dəyəri 31,6 milyon ABŞ dolları olub.

“İxrac icmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2023-cü ilin yanvar-avqust aylarında həyata keçirilmiş ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.

2023-cü ilin yanvar-avqust ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: Şirinov Elvin Valeh oğlu, “MKT İstehsalat Kommersiya” MMC, “Baku Steel Company” QSC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Best Logistik” MMC,  “STP Global Cable” MMC, “P-Aqro” MMC, “My Fruit” MMC, “Mega Fruit Az” MMC, “Almeyvə” MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə “Azərenerji” ATSC  başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, “Socar Polymer” MMC, “Azəralüminium” MMC, “AzerGold” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, “Azəripək” MMC, Naxçıvan MR Dövlət Energetika Xidməti.

2023-cü ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən dünyanın 45 ölkəsinə  12,7 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78%-ni təşkil edib. 2023-cü ilin avqust ayında isə “Azərkosmos” dünyanın 40 ölkəsinə 1,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

2023-cü ilin yanvar-avqust ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 3,6 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 2,7 milyon ABŞ dolları ilə Lüksemburq, 1,1 milyon ABŞ dolları ilə BƏƏ,  713,2 min ABŞ dolları ilə Almaniya və 539,9 min ABŞ dolları ilə Nigeriya qərarlaşıb.

2023-cü ilin yanvar-avqust aylarında banklara məxsus ödəniş xidməti şəbəkəsində digər qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə 1,4 milyard manat, yalnız avqust ayında isə 200,9 milyon manat dəyərində əməliyyat aparılıb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.