![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
05 aprel 2021-ci il tarixində ABA-nın nəzdində fəaliyyət göstərən “Ticarətin və layihələrin maliyyələşdirilməsi” üzrə Ekspert Qrupunun üzvləri üçün “İxracata dəstək. Banklar üçün həllər” mövzusunda vebinar keçirilmişdir. Vebinar çərçivəsində aşağıdaki mövzular ətrafında müzakirələr aparılmışdır:
• ROSEXIMBANK tərəfindən təklif olunan məhsullar (xarici alıcının bankına kredit, təsdiq olunmuş akkreditiv yolu ilə maliyyələşdirmə)
• qısamüddətli və uzunmüddətli layihələrin maliyyələşdirilməsinin xüsusiyyətləri
• Rusiya istehsalı olan yüksək texnoloji məhsulların ixracına dəstək proqramı
• rus rublu ilə hesablaşmaların inkişafı imkanları
Sonda mövzu üzrə müzakirələr aparılmış və iştirakçıların sualları cavablandırılmışdır.